20 İyul 2015 01:23
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 19-da Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun bir neçə kəndində yanğın baş verib.


APA-nın Gürcüstan müxbiri hadisə yerindən xəbər verir ki, yanğın nəticəsində heç kim xəsarət almasa da, Marneulinin Yuxarı Saral kəndi yaxınlığında 25 hektara yaxın ərazidə, İmir kəndində isə Marneuli-Şulaveri magistral yolunun kənarı boyu biçilmiş taxıl sahələri yanıb.


Hadisə yerinə Marneulidən yanğınsöndürmə maşınları cəlb edilib. Yanğın qısa müddət ərzində söndürülüb. Yanğınsöndürənlər alovun Şulaveri elektrik stansiyasına keçməməsi lazımi tədbirlər görüblər. Hazırda təhlükə sovuşub.


Bununla belə, yanğınsöndürən maşınlar ərazidə növbə çəkir.


Marneulinin Qızılhacılı kəndində də əkin sahələri yanıb, xəsarət alan olmayıb. Yanğının söndürülməmiş atılan siqaret kötüyündən baş verdiyi ehtimal edilir.


Müəllif:

Oxşar xəbərlər