Azərbaycan Respublikasının yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 22 iyul Azərbaycan Milli Mətbuatın yaranmasının 140 illik yubileyi münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərini mükafatlandırıb.
Teleqraf.com xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mükafatlandırma mərasimini giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli müsabiqə ilə bağlı geniş məlumat verib. O, qeyd edib ki, 19 istiqamət üzrə 50-dən artıq KİV-dən 100-dən çox yazı daxil oldub. Hər istiqamət üzrə 6 qalib nəzərdə tutulsa da, bəzən təqdim olunan yazıların sayı bundan az olub. Buna görə də qalibləri sayı nəzərdə tutulduğundan az olub.
Yazıların qiymətləndirilməsində ekspert qismində iştirak etmiş, tanınmış jurnalist Cahangir Məmmədli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq təqdim olunan yazıların keyfiyyətindən söz açıb: "O, təqdim olunan yazılarda vətəndaş mövqeyinin olmasını, fərdi və bədii yaradıcılıq keyfiyyətlərinin aşkar olunmasını xüsusi vurğulayıb.
Digər natiqlər çıxışlar edəndən sonra qalib jurnalistlər mükafatlandırılıb. Qalib jurnalistlər arasında Teleqraf.com və Publika.az saytlarının əməkdaşları da var.