Qərb bölgəsinin abituriyentləri Gəncədə qabiliyyət imtahanı verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Gəncədə ali məktəblərə qəbulla bağlı V ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı keçirilib.
Teleqraf.com Trend-ə (Region TV) istinadən xəbər verir ki, imtahanlar Gəncə şəhər 27 nömrəli orta məktəbdə təşkil olunub. Qərb bölgəsindən olan abituriyentlər təsviri incəsənət və musiqi sənəti üzrə qabiliyyətlərini nümayiş etdirib.
TQDK-nın Gəncə Regional Bölməsinin aparıcı məsləhətçisi Vüqar Əsgərov bildirib ki, təsviri incəsənət istiqaməti üzrə 280, musiqi sənəti üzrə isə 90 abituriyent imtahana buraxılıb: "Əgər imtahandan məqbul qiymət alarlarsa, onlar ixtisas seçiminə buraxılır. İxtisas seçimi iyulun 30-dan avqustun 11-nə qədərdir”.