22 İyul 2015 19:09
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aviabiletlərinin qiymətlərinin aşağı salınması bəzi reyslərin bağlanmasına səbəb ola bilər".

Trend-in məlumatına görə, bunu bu gün mətbuat konfransında AZAL-ın vitse-prezidenti Arif Məmmədov deyib.

O, qeyd edib ki, bəzi aviareyslərin biletləri 20%-dən aşağı salına bilər: "Bu da həmin reyslərin bağlanmasına səbəb ola bilər. Bir təyyarə 2 saatdan çox uçursa və onun biletinin qiyməti 99 avrodan azdırsa, bu, onun xərclərini ödəmir".

A.Məmmədovun sözlərinə görə, əgər bu reyslər 100 nəfər yığa bilməyəcəksə, uçuşa xərcləri ödəyə bilməyəcəklər: "Lakin vəziyyəti, vaxtı və əhalinin məzəmmətini nəzərə alaraq, bu addımı atırıq".


Müəllif:

Oxşar xəbərlər