23 İyul 2015 00:55
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə orduda çalışan kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində tədbir keçirilib.

Müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev mətbuat işçilərinə nazir, general-polkovnik Zakir Həsənovun təbriklərini və arzularını çatdırıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, K.Vəliyev Silahlı Qüvvələrimizdə aparılan islahatlardan, ordunun yüksək döyüş qabiliyyətindən, onun mənəvi-psixoloji hazırlığından, maddi-texniki təminatının yüksəldilməsindən, keçirilən irimiqyaslı təlimlərin əhəmiyyətindən danışaraq bu yaxınlarda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ordu quruculuğuna, Silahlı Qüvvələrimizin gücünə verilən yüksək qiyməti xüsusi vurğulayıb.

Sonra müdafiə naziri Zakir Həsənovun Silahlı Qüvvələrin kütləvi informasiya vasitələrinin nümayəndələrinin mükafatlandırılmasına dair əmri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Əmrə əsasən bir qrup əməkdaşa təşəkkür elan olunub, Fəxri fərman və mükafatlar təqdim edilib.


Müəllif:

Oxşar xəbərlər