24 İyul 2015 08:36
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Avro–Atlantik Məlumat mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Gəncə şəhərində fiziki məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyası ilə bağlı yeni sosial xidmət sahəsinin yaradılması” layihəsi çərçivəsində 2015-ci ilin may ayından başlayaraq fiziki məhdudiyyətli uşaqlara yeni sosial xidmətlər göstərilir.

Bununla əlaqədar layihəyə cəlb edilən fiziki məhdudiyyətli uşaqlara kompyuter avadanlıqları hədiyyə edilmişdir, həmçinin onlara kompyuter proqramları və İnternet şəbəkə resurslarından istifadə qaydaları öyrədilməkdədir. Fiziki məhdudiyyətli uşaqlara göstərilən yeni sosial xidmət (informasiya-təhsil imkanlarının artırılması) nəticəsində uşaqların informasiya-təhsil imkanları artırılmış, sosiallaşma və cəmiyyətə yeni çıxış imkanları yaradılmışdır.

Bundan başqa layihəyə cəlb edilmiş uşaqlara və onların valideynlərinə aşağıdakı mövzularda psixoloji yardım məqsədilə seminarlar və məsləhətlər həyata keçirilir:

“Mövcud durum çərçivəsində məqsəd və hədəflərin seçilməsi”,

“Ünsiyyət qurma qabiliyyətlərinin inkişafı”,

“Şəxsi gigiyena və özünəxidmət vərdişlərinin möhkəmləndirilməsi”,

“Şəxsiyyət və onun formalşdırılması”,

“Distant təhsil və ondan istifadə imkanları” .

Fiziki məhdudiyyətli uşaqlar üçün göstərilən yeni sosial xidmət (psixoloji yardım) uşaqların intellektual və yaradıcılıq potensiallarının açılmasına müsbət təsir göstərmiş, həmçinin valideynlər tərəfindən ailədə sağlam inkişaf mühitinin formalaşmasına təkan vermişdir.

Bununla yanaşı fiziki məhdudiyyətli uşaqlara və onların valideynlərinə “Fiziki məhdudiyyətli uşaqların hüquqları və sosial müdafiəsi” mövzusunda hüquqi məsləhətlər və seminarlar həyata keçirilir.

Göstərilən yeni sosial xidmət (hüquqi yardım) nəticəsində bu uşaqlar dövlət tərəfindən onlar üçün yaradılan əlavə sosial imkanlar və hüquqlar barəsində məlumatlar əldə etmişdirlər ki, bu da onlarda özünəinam hissinin formalaşdırilmasına müsbət təsir göstərmişdir.

Gəncə şəhərində həyata keçirilən bu, yeni sosial xidmətlər nəticəsində layihəyə cəlb edilmiş fiziki məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyası üçün real imkanlar yaradılmış və bu uşaqların cəmiyyətin bərabərhüquqlu üzvü kimi inkişaf etmələrinə dəstək verilmişdir.


Müəllif:

Oxşar xəbərlər