27 May 2014 15:26
2 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Buta” sarayında Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Teleqraf.com xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak edib.

Azərbaycanın dövlət himni səslənib.

Prezident İlham Əliyev rəsmi qəbulda nitq söyləyib.

Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub.

Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət mükafatları milli təsviri sənətin inkişafında xidmətlərinə görə Oqtay Sadıxzadəyə, konsert-ifaçılıq fəaliyyətinə görə Ramiz Quliyevə, “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” monoqrafiyasına görə Tofiq Nağıyevə və “Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildlik roman-tədqiqatına görə Elmira Axundovaya təqdim edilib.

Daha sonra Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Səxavət


Müəllif: