24 İyul 2015 17:35
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatının üzvləri bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “təbliğat paketi”nin paylanmasına başlayıb.

QAT-ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu dəfəki “təbliğat paketi”nə Dağlıq Qarabağ münaqişəsinə dair məlumat filmi-“Yaddaş” filmi, “Qarabağ gündəliyi”nin 12-ci və 13-cü buraxıışları, “Qarabağ dünən, bu gün və sabah” məcmuəsinin 14-cü cildi daxildir. Azərbaycan, türk, ingilis, rus dillərində olan “Yaddaş” filmi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hazırlanıb. “Qarabağ gündəliyi” və “Qarabağ dünən, bu gün və sabah” kitabları Qarabağa dair elmi məqalələri, gündəlik hadisələri əks etdirir.

“Təbliğat paketi” xarici səfirliklərə, dövlət orqanlarına, QHT-lərə, partiyalara, televiziya kanallarına və digər qurumlara təqdim olunur. Kampaniyanın məqsədi daha geniş dairənin Qarabağ münaqişəsi ilə bağlı daha çox məlumatlandırılması, həmçinin həmin qurumların da bu məlumatlandırma prosesinə cəlb olunmasıdır. Kampaniyanın ilkin mərhələsinin 10 gün ərzində başa çatdırılması, sonra isə vaxtaşırı davam etdirilməsi nəzərdə tutulur.

BƏXTİYAR


Müəllif: