25 İyul 2015 21:23
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Gədəbəydə düşmənin təxribatının qarşısı alınarkən şəhid olmuş hərbi qulluqçu Eldar Fətəliyevi ölümündən sonra medalla təltif edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Silahlı Qüvvələrimizin şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət çəkmiş hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhəddinin Gədəbəy rayonu sahəsində Azərbaycan Ordusunun mövqelərini müxtəlif silahlardan intensiv atəşə tutmaqla aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstəriblər. Düşmənin təxribatının qarşısı alınarkən E.Fətəliyev şəhid olub.

Allah rəhmət eləsin!


Müəllif: