26 İyul 2015 10:52
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu, İkinci Nügədi kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan istirahət mərkəzində mətbəxin yanar konstruksiyaları 24 kv.m sahədə yanıb. İstirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: