27 May 2014 16:32
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla sərhəddə yerləşən Tovuzun Əlibəyli kəndinin içməli su ilə təcizatına başlanılıb.



Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayev ANS PRESS-ə açıqlamasında kənddə olan bütün evlərə içməli su xəttlərinin çəkildiyini söyləyib.



“Bir ay yarımdır ki, kəndə içməli su çəkilir. Kəndin içməli su ilə təchiz olunması prossesi gələn ayın əvvələrinə kimi yekunlaşacaq”, - deyə icra nümayəndəsi bildirib.



Qeyd edək ki, Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda bildirilib ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Noyemberyan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndlərində, Zod rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.


Müəllif: