Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi “Yerli əhəmiyyətli problemlərin həllində, QHT və bələdiyyə nümayəndələri arasında əlaqələrin qurulması istiqamətində regionlarda ictimai debatlarn keçirilməsi” layihəsini həyata keçirir.
Teleqraf.com-un məlumatına görə, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın regionlarında vətəndaş cəmiyyəti təşəbbüslərinin inkişafı istiqamətində yeni seçilmiş bələdiyyələrdə Bələdiyyə-QHT əməkdaşlığına nail olmaqdan, regionlarda yerli əhəmiyyətli ictimai problemlərin mövcud durumlarını öyrənməkdən və ictimai problemlərin həlli istiqamətində bələdiyyələrin rolunu gücləndirməkdən ibarətdir.
Beləki, layihənin icrası dövründə regionlarında fəaliyyət göstərən bələdiyyələr, QHT və ictimaiyyət nümayəndələrinin iştirakı ilə debatların keçirilməsi, onların mövcud problemlərin həlli istiqamıtində birgə əməkdaşlığı üçün səylərin artırılması nəzərdə tutulur. Layihə çərçivəsində yerli problemlərlə bağlı İmişli, Şirvan və Beyləqan rayonlarında 150 respondent arasında sorğular aparılıb. Seçilmiş bələdiyyələr haqqında statistik məlumatlar toplanıb, bələdiyyələrin ehtiyacları qiymətləndirilib, problemlər analiz olunub.
Tədqiqat işi başa çatdıqdan sonra Şirvan şəhərində növbəti debat keçirilib.
Debatlarda yerli QHT nümayəndələri, bələdiyyə və KİV nümayəndələri və yerli hakimiyyət orqanları nümayəndələri iştirak ediblər.
İlk 45 dəqiqə ərzində qanunvericilik bazası haqqında məlumat verilib. Bu zaman QHT və bələdiyyələr haqqında, bələdiyyələrin stasusu, yerli əhəmiyyətli problemlərin həllində bələdiyyələrin rolu haqqında qanunlar müzakirə edilib və ictimai vəsaitlərin səfərbər olunması və səmərəli xərcləmələri, eləcə də bu sahədə əvvəlki vəziyyət müqaisəli təhlili aparılıb.
Debatların ikinci hissəsində QHT və bələdiyyələrin birgə əməkdaşlığı, seçilmiş bələdiyyələrin ən vacib problemləri və onun həlli istiqamətində səylərin birləşdirilməsi, əməkdaşlıq münasibətlərinin qurulmasının praktiki prosedurları, ölkədə fəaliyyət göstərən yerli və beynəlxalq QHT və bələdiyyə qurumları, QHT-lərə Dəstək Şurası və onun bu sahəyə yönəlik fəaliyyətləri və s. haqqında məlumatlar verilib.
Hər bir dəyirmi masada 20 nəfərə yaxın nümayəndə iştirak edib. Məruzələr təşkilatın hüquqşünas ekspertləri tərəfindən aparılmış və hər bir mövzunun yekununda iştirakçıları maraqlandıran suallara cavablandırılıb.
BƏXTİYAR