27 İyul 2015 21:04
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Korfu adasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Avstraliya hökuməti, Sülh Naminə Kembric Fondunun dəstəyi ilə Andreas Papandreu Fondu tərəfindən 16-cı Simi Simpoziumu təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, simpoziumda ərəb dünyasında baş verən geosiyasi və ictimai dəyişikliklər, Yaxın Şərqdəki humanitar böhran, Balkanlardakı münaqişələr və regionun gələcəyi, Şərqi Aralıq dənizində regional inkişaf və sabitliyin bərpası, Avropa İttifaqının qonşuluq siyasətinin perspektivləri, eləcə də gündəmdə olan digər önəmli mövzular müzakirə edilib.

Simpoziumda Nizami Gəncəvi Beynəlxalq Mərkəzini Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciya, Ərəb Dövlətləri Liqasının sabiq baş katibi və Misirin sabiq xarici işlər naziri Əmr Musa təmsil ediblər.

Bir sıra tanınmış ictimai-siyasi xadimlər – amerikalı iqtisadçı, Nobel mükafatı laureate Jozef Stiqlits, Yunanıstanın sabiq baş naziri Georgi Papandreu, ABŞ-ın keçmiş prezidenti Bil Klintonun sabiq xüsusi müşaviri Mark Mediş, Böyük Britaniya Leyboristlər Partiyasının sabiq lideri Ed Milibənd tədbirdə iştirak ediblər.

Simpozium çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Əmr Musa və Petar Stoyanov paytaxt Afinada Yunanıstan prezidenti Prokopis Pavlopoulos, sabiq xarici işlər naziri, parlamentin üzvü Dora Bakoyannis, sabiq baş nazir Kostas Karamanlis ilə görüşlər keçiriblər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər