27 May 2014 17:10
1 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tofiq Abbasov polkovnik Aqil Hüseynovun yerinə təyin olunub”.

Bu sözləri Axar.az-a hərbi ekspert Üzeyir Cəfərov Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə qoşunlarının rəisi vəzifəsinə təyin olunması haqqında informasiya yayılan Tofiq Abbasov haqqında danışarkən deyib.

O, istənilən rəisin yuxarıdan ona verilən tapşırığı yerinə yetirmək üçün komanda formalaşdırmaq səlahiyyətinin olduğunu bildirib:

“Bəzi yoldaşlar anlaşılmazlığa yol verib yeni təyinatın mərhum general Rail Rzayevin yerinə verildiyi bildirirlər. Əgər xəbər doğrudursa, o zaman Tofiq Abbasov mərhum Rail Rzayevin yox, polkovnik Aqil Hüseynovun yerinə təyin olunub. Polkovnik Aqil Hüseynov isə Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə qoşunlarının rəisi idi. Demək ki, general-mayor Ramiz Tahirovun tabeliyində olan şəxs olacaq. O ki qaldı Tofiq Abbasovun daxili qoşunlardan gətirilməsi məsələsinə, mən bununla bağlı heç nə deyə bilmərəm. İstənilən rəis yuxarı komandanlıqdan ona verilən tapşırığı yerinə yetirmək üçün komanda formalaşdırır. Komandanı formalaşdırarkən istədiyi adamı vəzifəyə qoya bilər. Bütün sorğu-sual Müdafiə naziri kimi Zakir Həsənova edilir. Amma burada bir həssas məqam var ki, doğurdanmı daxili qoşunlarda olan zabit yeni təyin olunduğu yer haqqında məlumata sahibdir və ona həvalə olunmuş işin öhdəsindən layiqincə gələ biləcək? Həmin adam haqqında məlumatım az olduğuna görə, bu dəqiqə nə isə deməkdə çətinlik çəkirəm”.

Qeyd edək ki, bu gün mətbuatda Müdafiə naziri Zakir Həsənovun Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə qoşunlarına yeni rəis təyin etdiyi haqqında “Aznyus.az” informasiya yayıb. Məlumata görə, nazirin əmri ilə bu vəzifəyə Daxili Qoşunların sabiq zabiti Tofiq Abbasov layiq bilinib. Tofiq Abbasovun adıçəkilən quruma rəis təyin olunmamışdan əvvəl Daxili Qoşunda mayor rütbəsində çalışdığı deyilib. Bu günlərdə isə o, Müdafiə Nazirliyinə transfer olunaraq polkovnik-leytenant rütbəsi ilə təltif olunub.


Müəllif: