28 İyul 2015 21:30
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada hepatit xəstəliyinə tutulma hallarının artımına baxmayaraq, Azərbaycanda bu sahədə olan vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən qeyd edilib ki, həyata keçirilən tədbirlər, o cümlədən, əhali arasında aparılan maarifləndirmə, təbliğat işləri, səhiyyə müəssisələrində təhlükəsizlik və digər addımlar sayəsində ölkədə viruslu hepatitlərə yoluxma halları illər üzrə müqayisədə aşağı düşüb.

Hepatit xəstəliyinin müayinə və müalicəsi, həmçinin ondan qorunma istiqamətində ölkədə vəziyyətin yaxşılaşdırılması məqsədilə Səhiyyə Nazirliyində Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiya yaradılıb. Həyata keçirilən tədbirlər çərçivəsində hepatitli xəstələrin diaqnozunun dəqiqləşdirilməsi məqsədilə müayinə planı təsdiq edilmiş, şəhər, rayon tibb idarə və müəssislərinin rəhbərlərinə virus hepatitli xəstələrin planda qeyd olunmuş müayinələrin nəticələrinə əsasən komissiyaya göndərilməsinə dair tapşırıqlar verilib.

Komissiyanın rəyi əsasında virus hepatitli xəstələrin müvafiq dərman preparatları ilə və eləcə də müəyyən edilmiş tibb müəssisələrinin lazımi avadanlıqlarla təminatı ilə bağlı tədbirlər həyata keçirilib.


Müəllif:

Oxşar xəbərlər