29 İyul 2015 22:52
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 1 saylı Bakı Tibb Kollecində “İdman və müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün müsabiqə elan edib.

Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır.

TQDK Teleqraf.com-a verilən məlumata görə, 2015/2016-cı tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri var.

Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər avqustun 11-dək TQDK-ya müraciət etməlidirlər.

Qeyd edək ki, müsabiqə 2015-ci il 2 iyul tarixində keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq. Cari ilin məzunları isə müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər.

Müsabiqədə ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə minimal bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər iştirak edə bilərlər.

SEVİL


Müəllif:

Oxşar xəbərlər