30 İyul 2015 13:49
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev İrana səfər edəcək.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, bu gün İranın Azərbaycandakı səfiri Möhsin Pakayin K.Abdullayevlə görüşüb və İran prezidenti Həsən Ruhaninin qövmlər və dini azlıqların işləri üzrə müşaviri Əli Yunisinin dəvətnaməsini ona təqdim edib.

K.Abdullayevin İrana səfəri Azərbaycan və İranda yaşayan azərbaycanlılar arasında mədəniyyət sahəsində əlaqələri inkişaf etdirmək məqsədi ilə müştərək əməkdaşlıqların artırılması məqsədi ilə baş tutacaq.

K.Abdullayev İran səfiri ilə görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafının zəruriliyini vurğulayıb və yaxın gələcəkdə İrana səfər edəcəyini deyib.


Müəllif:

Oxşar xəbərlər