30 İyul 2015 14:35
1 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəpiklə (Çəkələklə) avtomobil idarə edənlərə qarşı sərt cəzalar tətbiq olunacaq. Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, son 10 gündə şəpiklə avtomobil idarə edən sürücülər tərəfindən 11-ə yaxın yol qəza hadisəsi törədilib. O, bu cür halların yolverilməz olduğunu və sürücüləri avtomobil idarə edərkən daha diqqətli olmağa çağırıb: “Yay mövsümü ilə əlaqədar olaraq yüngül ayaqabbılar, şəpiklər geyinib avtomobil idarə edirlər. Şəpiklə avtomobil idarə etmək çox təhlükəlidir. Qeyd edim ki, çimərliklərdən şəhər istiqamətinə və ya əksinə yollarda baş vermiş qəzaların təhlilinə nəzər salanda görürük ki, əksər hadisə məhz sürücülərin şəpiklərdən istifadə etməsi nəticəsində baş verib”.

V.Əsədov belə hallarla rastlaşdıqları halda sürücülərə ən yüksək cəzaların veriləcəyini istisna etmir: “Bununla əlaqədar bir daha qeyd edirəm ki, sürücülər belə addımlar atmasınlar. Biz reydlərə başlayacağıq. Bu cür hallarla rastlaşdığımız zaman heç kəsə göz yuman deyilik”.


Müəllif:

Oxşar xəbərlər