30 İyul 2015 17:04
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə (hərbi həkim işi ixtisası üzrə) müsabiqə zamanı boş qalmış plan yerlərinə əlavə qəbul həyata keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Teleqraf.com-a verilən məlumata görə, əlavə müsabiqə 20 plan yeri üzrə aparılır. Bu müsabiqədə IV ixtisas qrupu üzrə qəbul imtahanında 350 və daha yuxarı bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər Hərbi həkim komissiyasından keçmək üçün iyulun 30-dan avqustun 8-dək (bazar günü istisna olmaqla) saat 09:00-dan 17:00-dək müraciət etməlidirlər.


Müəllif: