28 May 2014 11:13
1 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni kəşfiyyat-diversiya qrupunun Füzuli rayonunda postlarımızdan birinə etdiyi basqın nəticəsində ordumuzun 2 hərbçisi şəhid olub, 1-i isə ağır yaralanıb.

Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Silahlı Qüvvələrimizin zabiti 1982-ci il təvəllüdlü, kapitan Məmmədov Fikrət Akif oğlu, 1991-ci il təvəllüdlü gizir Abilov Xudaverdi Fərhad oğlu şəhid olub.

1994-cü il təvəllüdlü əsgər Mirzəzadə Mehman Dadaşbala oğlu isə ağır yaralanıb.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şəhid gizir Xudaverdi Əbilovun fotolarını təqdim edirik.


Müəllif: