“Müəllimlərin maaşını orta aylıq əmək haqqından 2 dəfə yüksəyə qaldırmaq niyyətindəyik”
Teleqraf.com-un verdiyi məlumata görə, Mikayıl Cabbarov müəllimlik peşəsin marağı artırmaq üçün bir sıra islahatları həyata keçirdiyini bildirib.
“Birincisi, gənc istedadların müəllimlik peşəsinə gəlməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən xüsusi təqaüd təsis olunub. Biz keçən ildən başlayaraq müəllimliyi ilk peşə kimi seçmiş və 500 baldan çox toplamış 300 tələbəyə əlavə hər ay 100 manat təqaüd ödəyirik”, deyə nazir ANS-ə müsahibəsində deyib.
O, müəllimlərin əmək haqqının qaldırılması prosesinin və bunun respublikada orta aylıq əmək haqqı səviyyəsinə çatdırılmasının gündəmdə olduğunu da xatırladıb: “Hətta təhsilin inkişafı üzrə strategiyada konkret rəqəmlər göstərilib və biz orada qeyd etmişik ki, müəllimlərin əmək haqqını orta aylıq əmək haqqından 2 dəfə yüksəyə qaldırmaq niyyətindəyik. Bu, əlbəttə ki, peşə seçiminə böyük təsir edəcək”.