3 Avqust 2015 19:43
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyi 29 iyul 2015-ci ildə Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Azərbaycanın regionlarında erkən nikah və məişət zorakılığına qarşı mübarizədə ictimai təşəbbüslərin gücləndirilməsi” layihəsi çərçivəsində Ucar rayonunda növbəti ictimai müzakirəsini keçirib.

Qeyd etmək istərdik ki, layihənin əsas məqsədi Azərbaycanın regionlarında qadınlar arasında erkən nikah və məişət zorakılığına qarşı hüquqi maarifləndirməni təşkil etməklə, erkən nikaha cəlb edilmə və zorakılıq hallarının və bunu yaradan səbəblərin azaldılmasına nail olmaqdır.

Ucar şəhərində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, Təhsil işçiləri, Mədəniyyət şöbəsinin əməkdaşları, səhiyyə işçiləri, o cümlədən yeniyetmə və gənclər iştirak ediblər. Bütövlükdə müzakirədə 50-dək yerli sakin iştirak ediblər.

Təşkilatın rəhbəri Sevil Allahverdiyeva layihə haqqında məlumat verərək erkən nikah və məişət zorakılığının daim təşkilatın prioroteti olduğunu qeyd etdi.

S.Allahverdiyeva bildirdi ki, həm erkən nikah, həm də məişət zorakılığı Azərbaycan cəmiyyəti üçün olduqca aktualdır və bu kimi maarifləndirmə işlərinə ehtiyac vardır. Daha sonra tədbirin məruzəçisi Rafiq Təmrazov çıxış edərək məişət zorakılığı və onun təsnifatı, o cümlədən beynəlxalq qanunvericiliklə bağlı məlumat verdikdən sonra Azərbaycanda bu mövzuda aparılan islahatlardan danışdı.


Müəllif:

Oxşar xəbərlər