3 Avqust 2015 23:15
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və Çexiya xalqları arasında mədəni-mənəvi sahədə əlaqələrin inkişaf etdirilməsinin önəmindən danışıldı, bu istiqamətdə görülməli olan işlər müzakirə edilib. Ölkəsindəki dini icmaların həyat və fəaliyyəti barədə məlumat verən səfir V.Pivonka, Azərbaycanda mövcud dini-mənəvi həyatın özəllikləri ilə tanışlıqdan məmnunluğunu bildirib.

QMİ sədri 35 illik fəaliyyəti dövründə rəhbərlik etdiyi dini mərkəzin mühüm fəaliyyət istiqamətləri və uğurları barədə qonağı məlumatlandırıb. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsinin, dini-mənəvi irsə dövlət səviyyəsində qayğı və diqqətin, multikultural həyat tərzinin inkişaf etdirilməsinin hər zaman gündəmdə olmasını xüsusi vurğulayan A.Paşazadə, bunun ölkəmizin ümumi tərəqqisində böyük rol oynadığını səfirin diqqətinə çatdırıb.

Görüşün sonunda səfirə xatirə hədiyyəsi təqdim olunub.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər