4 Avqust 2015 13:49
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirilən “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində kənd gəncləri üçün təşkil olunan silsilə təlimlər davam edir.

Şuradan Teleqraf.com-a verilən məlumata görə, təlim sessiyası çərçivəsində Ağdam rayon İcra Hakimiyyəti və Ağdam rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə Ağdamın Quzanlı qəsəbəsində bu rayonun kəndlərində yaşayan fəal gənclər üçün təlim keçirilib.

Tədbirə “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramının təqdimatının keçirilməsi ilə başlanılıb. Təqdimat zamanı iştirakçılar ölkəmizdəki gənclər siyasəti, gənclər ilə bağlı Dövlət Proqramları və gənclər üçün yaradılan imkanlar haqqında məlumat əldə ediblər. Daha sonra Y-Peer Azərbaycan şəbəkəsinin təlimçiləri tərəfindən iştirakçılara İİV-QİÇS kimi mövzusunda təlim keçilib. Təlim zamanı kənd gənclərinə İİV-QİÇS, yoluxma növləri barəsində məlumat verilib, mövzu ilə əlaqəli qrup işləri təşkil olunub. Sonda, iştirakçılar sözügedən mövzuda əldə etdikləri məlumatlar əsasında fikir mübadiləsi aparıblar.

“Yerli Gənc” Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər