Ədəbiyyatı sevmək, kitab oxumaq insanın intellektual səviyyəsini artırmaqla bərabər, onu daha xeyirxah və nəcib edir. Müvafiq tədqiqat Böyük Britaniya alimləri tərəfindən aparılıb.
Elmi eksperimentdə 4 min nəfər iştirak edib. Tədqiqatın nəticələrinə əsasən mütəxəssislər bildiriblər ki, kitab oxumağı sevənlər nə yuxusuzluqdan, nə stressdən, nə də depressiyadan əziyyət çəkirlər. Üstəlik, onlar həyatın çətin sınaqlarından alnıaçıq-üzüağ çıxırlar.