5 Avqust 2015 10:19
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 3-də Türkiyənin “Cine 5″ kanalında yayımlanan “Mədəniyyət və Tarix” verilişində dahi Azərbaycan şairi Məhəmməd Füzulidən söhbət açılıb.

Osmanlı dövrünün müzakirə olunduğu proqramın qonağı Türkiyənin tanınmış tarixçisi, yazar, professor Ahmet Şimşirgil olub. Osmanlı dövründə rüşvətin tüğyan etdiyini vurğulamaq üçün aparıcı Füzulidən misal gətirərək onun məşhur “Salam verdim – rüşvət deyildir deyə almadılar. Hökm göstərdim – faidəsizdir deyə mültəfit olmadılar” beyti ilə başlayan “Şikayətnamə”sini göstərib. Bu zaman tarixçi alim istehza ilə Füzulinin Osmanlıda yaxşı tanınmadığını, daha doğrusu, “uğur və məşhurluq qazana bilmədiyini”, bu səbəbdən də “Osmanlı dövlətini pislədiyini” deyib. Hətta bunu məzhəb məsələsi ilə də əlaqələndirməyə çalışıb.

Həmçinin, alim Füzulinin bioqrafiyası ilə bağlı da maraqlı iddialar səsləndirib.

Publika.az Media Təqib Mərkəzinin dəstəyi ilə adıçəkilən verilişdən həmin hissənin videosunu təqdim edir:




Müəllif:

Oxşar xəbərlər