5 Avqust 2015 10:58
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrasiya Universitetlər Birliyinin prezidenti Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM-dən Teleqraf.com-a daxil olan məlumata görə, Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi professor Mustafa Aydın rəhbərlik etdiyi nümayəndə heyəti ilə BANM-də olub və rektor Elmar Qasımovla görüş keçirib.

Görüş zamanı BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayıb və onları Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. E.Qasımov qonaqlara BANM-in fəaliyyəti, üç il ərzində əldə etdiyi nailiyyətləri, beynəlxalq əlaqələri və BANM-də tədris prosesinin təşkili haqqında ətraflı məlumat verib. O, Ali məktəbin Avrasiya Universitetlər Birliyinə üzv olan universitetlər ilə müxtəlif istiqamətli layihələr çərçivəsində əməkdaşlıq etməyə maraqlı olduğunu bildirib.

Öz növbəsində, EURAS-ın prezidenti Mustafa Aydın BANM-ə aldığı dəvət üçün rektor E.Qasımova təşəkkürünü bildirib. Professor rəhbərlik etdiyi qurum haqqında geniş məlumat verib. EURAS haqqında ətraflı məlumat verən M. Aydın yeni layihələrin həyata keçirilməsinin nəzərdə tutduğunu bildirərək BANM ilə də gələcəkdə bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər