İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Telqraf.com-un məlumatına görə, bu məqsədlə İsmayıllı rayonunun Qaraqaya kəndində işgüzar forum keçirilib. Sahibkarlardan müvafiq istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Təkliflərə südlük istiqamətli heyvandarlıq təsərrüfatının yaradılması, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı müəssisəsinin) yaradılması, pendir, meyvə və qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması daxildir.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Naibə QURBANOVA