5 Avqust 2015 12:44
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Astana şəhərində “Gənclərin Resurs Mərkəzləri”-ndə çalışan ekspertlər üçün beynəlxalq təlim kursu keçirilib.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, Qazaxıstanda beynəlxalq tədbirdə Azərbaycanı Gənclər üçün Təhsil Mərkəzinin nümayəndəsi Nərgiz Qurbani təmsil edib.

Tədbirdə iştirakçı ölkələrdə gənclərlə iş, dövlətin gənclərə dəstəyi, gənclər təşkilatlarının fəaliyyəti və başqa sahələr üzrə məruzələr dinlənilib, fikir mübadilələri aparılıb. Gənclər üçün Təhsil Mərkəzinin nümayəndəsi həmçinin ölkədə müxtəlif illərdə qəbul edilmiş “Gənclər üçün Dövlət Proqramlarının” vacibliyini vurğulayıb, çalışdığı mərkəzin keçirdiyi layihələrin təqdimatını edib.

Təlim çərçivəsində Azərbaycan mədəniyyət gecəsi keçirilib. Gecədə Azərbaycanın tarixi, mədəniyyəti haqqında iştirakçılara məlumat verilib. Tədbirdə, həmçinin Azərbaycan haqqında videoçarx, mədəni irsimizi əks etdirən slaydlar və milli mətbəximizin nümunələri təqdim edilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər