5 Avqust 2015 20:43
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Qurumdan Teleqraf.com-a verilən məlmuata görə, görülmüş işlərin nəticəsi olaraq birlik 2015-ci ilin yanvar-iyul aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 247 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, həmin binalarda ümumilikdə 4324 ailə yaşayır.

Bildirilir ki, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər