6 Avqust 2015 19:43
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda “Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib.

Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsi əsasında Lənkəran Mədəniyyət Mərkəzində keçirilmiş tədbirdə yerli və ətraf bölgələrin kütləvi informasiya vasitələrinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyev təmsil olunduğu dövlət qurumunun da Azərbaycan ədəbi dilinin qorunmasının vacibliyinə xüsusi önəm verdiyini açıqlayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyətə başladığı ilk günlərdə mətbuatda və digər kütləvi informasiya vasitələrində ədəbi dilimizin qorunmasına böyük önəm verdiyini deyib.

MŞ-nin KİV-lərin ana dilinə riayət sahəsində həyata keçirdiyi monitorinqin qrup rəhbəri, “Xalq qəzeti”nin şöbə müdiri İlham Abbasov çıxışında mətbuatımızda ana dilindən istifadə ilə bağlı pozuntulardakı konkret meyllər üzərində dayanıb. O, KİV-lərin başqa dillərdən alınma sözlərin istifadəsində bəzi yanlışlıqlara yol verdiyini diqqətə çatdırıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər