7 Avqust 2015 20:44
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mikayıl Cabbarov: “Təqaüd tələbənin akademik göstəricilərindən asılı olaraq ödənilməlidir“

Təhsil naziri Mikayıl Cabbarov deyib ki, Azərbaycanda tələbələrə təqaüd tələbənin akademik göstəricilərindən asılı olaraq ödənilməlidir.

Teleqraf.com xəbər verir ki, ANS telekanalına müsahibəsində nazir bu barədə danışıb. Deyib ki, bu gün Azərbaycanda dövlət sifarişi ilə təhsil alan tələbə 4 il ərzində pulsuz oxumaqla yanaşı, həm də dövlətdən təqaüd alır. Pullu, yəni ödənişli təhsil alan isə bu təqaüdü ala bilmir: “Biz bu sistemi rəqabət mühiti üçün ədalətsiz sistem hesab edirik. Onların hər ikisi eyni vəziyyətdə olmalıdır və təqaüd tələbənin akademik göstəricilərindən asılı olaraq ödənilməlidir”.

Mikayıl Cabbarovun sözlərinə görə, “dövlət sifarişli” təhsilə cəmiyyətdə “pulsuz təhsil” də deyilir: “Əslində isə bu, pulsuz deyil, pullu təhsildir. Sadəcə olaraq, bu təhsilin pulunu dövlət qrant kimi ödəyir. Mən təbii olaraq, bu sistemin qorunmasının tərəfdarıyam. Lakin biz bir məsələdə artıq islahata başlamışıq”.

SEVİL


Müəllif:

Oxşar xəbərlər