29 May 2014 10:04
1 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ADA Universitetinin İxtisasartırma Proqramları Azərbaycan Respublikası Mərkəzi Bankının iyirmi iki əməkdaşı üçün Menecmentin İnkişafı adlı üç aylıq təlim proqramını başa vurub.

ADA Universiteti Kommunikasiya Departamentindən Trend-ə verilən məlumata görə, dörd moduldan ibarət olan təlim proqramı özünüidarə bacarıqları və effektivlik, komandanın idarə edilməsi, menecment və administrativ bacarıqların inkişafı və liderlik bacarıqlarının inkişafı kimi mövzuları əhatə edirdi.

Təlimçilər arasında ADA Universitetinin prorektoru Emin Hüseynov, ADA Fondu Azərbaycanın Prezidenti Natiq Hacıyev, İxtisasartırma Proqramının direktoru Aygün Hacıyeva, ADA Universiteti Karyera İdarəetmə Mərkəzinin məsləhətçisi Maykl Makkenzi, ADA-nın əməkdaşı Şəmsiyyə Mustafayeva və Malta Xarici İşlər Nazirliyindən Olaf Terribile olub.

Təlim proqramının sonunda iştirakçılara seritfikatlar təqdim olunub.


Müəllif: