Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Elektron Hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edib.
Teleqraf.com xəbər verir ki, statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2015-ci ilin iyul ayının 31-ə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 8,204,936 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 2,300,721 nəfər olub.
Belə ki, 2,300,721 nəfər ümumən 8,204,936 dəfə portala baxıb və 14,173,264 dəfə elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər 28,327,790 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 24 saniyə olub. Ümumilikdə bu gün vətəndaşlarımızın portal marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 28.1%-ni yeni istifadəçilər, 71.9%-ni isə təkrar müraciət edənlər təşkil edib.
İyul ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 874,169 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 319,715 nəfər olub.
Həmin şəxslər 2,437,657 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 1,401,411 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 4 dəqiqə 15 saniyə təşkil edib. İyul ayı ərzində portala müraciət edənlərin 25.6%-ni yeni istifadəçilər, 74.4%-ni isə təkrar müraciət edənlər təşkil edib. Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 266,575-ə çatıb.
Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 409 olub.
İLHAMƏ