10 Avqust 2015 17:04
3 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hər bir iş, görülən tədbir dövlətimizin, millətimizin adınadır və ölkəmizin beynəlxalq imicinin daha da yüksəlməsinə xidmət edir".

Bu sözləri Axar.az-a eksklüziv açıqlamasında Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev deyib.

Onun sözlərinə görə, Qəbələdə keçirilən Dünya Kubokundan qonaqların razılıq etməsi, buradakı doğmalıq, qayğı, yüksək təşkilatçılıq barədə tez-tez təşəkkürlərini çatdırması onları sevindirir: “Bütün bu münasibət bir daha təsdiqləyir ki, ölkə rəhbərliyinin etimadını doğrulda bilmişik. Rəhbərliyin diqqət və qayğısı ilə mötəbər bir tədbirə ev sahibliyi etmək və bunun öhdəsindən layiqincə gəlmək əlbəttə qürurvericidir. Hər bir iş, görülən tədbir dövlətimizin, millətimizin adınadır və ölkəmizin beynəlxalq imicinin daha da yüksəlməsinə xidmət edir. Ölkəmiz, insanlarımız, mədəniyyətimiz və böyük tədbirlərə ev sahibliyi etməyə qadir olduğumuz barədə xoş təəssüratlar Azərbaycanın dövlətçilik ənənəsinin necə güclü olduğunun bariz nümunəsidir”.

Səbuhi Abdullayevin sözlərinə görə, yerli qurumlar qonaqlar və turistlər üçün yaradılan şəraiti daim nəzarətdə saxlayır və kiçicik bir problemin belə ortaya çıxmasına imkan vermir: “Çalışırıq ki, Baklıdan və xaricdən gələn qonaqlar, media nümayəndələri və tədbir iştirakçıları bu qayğını daim hiss etsinlər. Fürsətdən istifadə edib qonaqları milli mədəniyyətmiz, mətbəximizlə də ətraflı tanış edirik. İnşallah, bu cür yüksək səviyyədə də bu beynəlxalq tədbiri yekunlaşdıracağıq”.


Müəllif:

Oxşar xəbərlər