11 Avqust 2015 23:19
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunda yerləşən körpüdə təmir işləri aparılır.

“Azəryolservis” ASC-dən verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 116-cı kilometrliyində yerləşən körpüdə təmir işləri həyata keçirilir.

Təmir işləri körpünün giriş və çıxışlarında, həmçinin qovşaqlarda aparılır. Körpüdə yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərinin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək,ərazidən daşınıb. Hazırda frezlənmiş ərazilərdə asfaltlanma işləri aparılır. Ümumilikdə 10 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

“Azəryolservis” ASC rəhbərliklərinin nəzarəti altında həyata keçirilən təmir işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün sözügedən yola lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

2002-ci ildə inşa edilən 4 aşırımlı körpünün uzunluğu 78 metr, eni isə 33,4 metrdir. Körpünün hərəkət hissəsinin eni 26,4 metr, hündürlüyü isə 6,5 metrdir.

Qeyd edək ki, təmir işlərinin aparıldığı bir hərəkət zolağı üzrə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq digər zolağa yönləndirilir.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər