Sabah bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacağı bildirilir. Trend bu barədə SOCAR-ın saytına istinadən xəbər verir.
Avqustun 12-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Mədrəsə”, “Şamaxı”, “Ələt” və ''Qobustan'', Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Xaçmaz” və “Xudat”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Goranboy”, Astara Magistral qaz kəmərləri sahəsinin ''Günəşli'', “Göytəpə” və ''Xarxatan'' qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir müddətində Cəlilabad rayonunun Günəşli, Alar, Qarazəncir, Göytəpə, Lənkəran rayonun Liman, Boladil, Separadi, Şağlaser kəndlərinin, həmçinin Ələt və Qobustan qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Naftalan, Goranboy, Şamaxı, Xaçmaz və Xudat rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.