Səhiyyə Nazirliyi son günlər azyaşlı uşaqlar arasında yayılan virusla bağlı açıqlama verib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, uşaqlar arasında qusma, ishal və yüksək hərarət kimi əlamətlərlə müşayiət olunan xəstəlik kütləvi deyil. Bununla bağlı tibb müəssisələrinə müraciətlərin sayında artım müşahidə olunmur.
Elmi Təhqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyevin sözlərinə görə, uşaqlar arasında qusma, izhalla müşayiət olunan və qastroenterit adlanan xəstəlik mövsümi xarakterlidir:
“Bu diaqnoz müxtəlif səbəblərdən, o cümlədən, yay mövsümündə qidaların tez xarab olması, eləcə də uşaqlara yaşına uyğun olmayan qidaların verilməsi, yaxud isti havada gün şüalarının altında çox qalmaları ilə əlaqədar ola bilər”.