12 Avqust 2015 15:41
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər üçün Təhsil Mərkəzi və Şirvan şəhər Gənclər və İdman İdarəsinin birgə tərəfdaşlığı ilə 12 avqust “Beynəlxalq Gənclər Günü “ ərəfəsində Şirvan şəhərində tələbə - gənclər arasında “Vətənini Tanı” adlı intellektual bilik yarışması keçirilib.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, yarışmada 17 komanda olmaqla 85 gənc mübarizə aparıb. Yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.

18 saylı məktəb liseydə baş tutan açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin Şirvan regional ofisinin rəhbəri Yusif Poladov ölkədə aparılan gənclər siyasətinin hədəflərini, bu siyasətin həyata keçirilməsində gənclər təşkilatlarının və gənclərin fəal şəkildə qoşulduğunu, onların hər tərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb. Bildirilib ki, bugünkü yarışın keçirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi də məhz dövlətin gənclər siyasətinin əsas tərkib hissəsidir.

Çıxış edən Şirvan şəhər Gənclər və İdman idarəsinin baş məsləhətçisi Əfqan Həsənov və digər rəsmi qonaqlar da keçirilən yarışın əhəmiyyətini qeyd edərək, gənclərimizin yüksək intellektə və biliyə sahib olduğunu diqqətə çatdırıblar. Daha sonra komandaların iştirakı ilə yarış başlayıb.

Final görüşündə 5 ən güclü intellektə sahib olan komanda arasında gedən mübarizədə “Güvən” komandası 1-ci yer, “4+1” komandası 2- ci yer , “Bermud” komandası 3-cü yerə layiq görülüb. Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər