12 Avqust 2015 15:59
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

İş o yaşa çatmaqla bitmir, bacarıq 100 yaşında da sağlam olmaqdır. Bunun üçün müəyyən qaydalara əməl etmək lazımdır. Həm uzun ömür yaşayın, həm də formada qalın.

Teleqraf.com "Hürriyet"ə istinadən həmin 7 formulu təqdim edir:

1. Sosiallaşmaq əslində çox əhəmiyyətlidir. Çünki sosial təcridin verdiyi zərər gündə 15 siqaretə bərabərdir. Buna görə, həftədə ən azı bir dəfə çölə çıxıb dostlarınızla görüşməyə çalışın.

2. Orqazm sizi cavanlaşdırır və daha sağlam vücuda malik olmağınızı təmin edir. Aparılan yeni tədqiqatlar göstərir ki, həftədə 3 dəfə orqazm olmaq sizlərin 12 yaş daha gənc görünməyinizə kömək olacaq.

3. Qoz həqiqi mənada həyatı qurtarır. Onu məsləhət görməyən həkim yoxdur. 2-3 ay ərzində gündə 7 qoz yemək kökəlmə riskini aşağı salır. Həftədə 5 gün quru meyvə yemək isə ömrünüzü 3 il daha uzada bilər.

4. 7 saatdan az yatmaq infarkt və iflic riskinin 16 qat artmasına səbəb olur. Bu səbəbdən gecələr bir saat tez yatmağa çalışın.

5. Qəhqəhə çəkərək gülmək immunitet sistemimizi gücləndirir və kalori yandırmağınıza kömək olur. Orta hesabla 20 dəfə gülmək məsləhətdir.


6. 80 fazi doyandan sonra yeməyi saxlasanız, bu, orqanizminizin yaşlanmadan qoruyan metabolizmin inkişafına səbəb olar. Bu isə daha cavan qalmağınıza kömək edəcək. Buna görə, yeməyinizi azaltmağınız məsləhətdir.

7. Qaragilə, nar, qırmızı şərab kimi bənövşəyi tonlarda qidalardan istifadə neyronları qoruya və beyninizə gedən qan axınını artıra bilir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər