12 Avqust 2015 18:22
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə “Dövlət-din münasibətlərinin yaxşılaşdırılması və qeyri -ənənəvi dinlərə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Aydın Alıyev, Hacıqabul RİH başçısının birinci müavini Cahib Aslanov, şəhərin axundu Hacı İntiqam Mirqani, icma sədrləri, şəhərin din xadimləri və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər Hacıqabul rayonunda dövlət-din münasibətlərinin çox yüksək səviyyədə olduğunu bildiriblər.


Eləcə də, İsmayıllı rayon Diyallı kənd məscidi dini icması və İsmayıllı şəhər “Cümə” məscidi dini icması tərəfindən dini maarifləndirmə ilə bağlı müxtəlif mövzularda tədbirlər keçirilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər