12 Avqust 2015 19:33
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təmiz Düya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan alveri ilə mübarizədə potensialın artırılması” layihəsi çərçivəsində Şəki şəhərində nəzərdə tutulan sonuncu tədbiri keçirdi.

Tədbirdə insan alveri probleminin tarixi kökləri, Azərbaycanda insan alveri ilə mübarizənin hüquqi əsasları, insan alveri təhlükəsindən qorunma yolları barədə məlumat verilmişdi.

Seminar Heydər Əliyev Mərkəzində kecirildi. Tədbirdə müəllimlər, mədəniyyət işçiləri, ictimai aktiv gənclər, kitabxana işçiləri və s. iştirak edirdi. Axşam isə “Səs” qrupunun iştirakı ilə Heydər Əliyev parkında məlumatlandırma kampaniyası və konsert təşkil edildi. Konsertdə xalq mahnıları mahnıları ifa edildi.

Tədbir Şəki şəhər icra hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə keçirildi.


Müəllif:

Oxşar xəbərlər