14 Avqust 2015 13:49
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bütün dünya qəbul etməlidir ki, Azərbaycanın yüksək tədbirləri keçirəcək gücü və bazası var. Bu sözləri Axar.az-a açıqlamasında Qəbələdə keçirilən atıcılıq üzrə Dünya Kubokunda hakimlik edən beynəlxalq dərəcəli hakim İradə Babayeva deyib.

O, yarışlara beynəlxalq marağın güclü olduğunu bildirib: “Biz gənc dövlət kimi mötəbər tədbirlərin xarici ölkələrdə keçirilməsinə öyrəşmişik. Artıq bütün dünya qəbul etməlidir ki, Azərbaycanın yüksək tədbirləri keçirəcək gücü və bazası var. Avropa Oyunlarından sonra Qəbələdə Dünya Kubokuna ev sahibliyi etmək demək olar ki, artıq tam nailiyyətimizdir. Bu yarışa Atıcılıq Federasiyası 1600 xarici idmançının ərizəsini qəbul etmişdi. Lakin sonradan digər ölkələr də qoşuldu və ümumi 2500 dən çox xarici ölkə nüməyəndəsini qəbul etdik. Mən oyunlarda hakimlik etdiyim üçün mütəmadi şəkildə xarici qonaqlarla ünsiyyətdə oluram və hamı yekdilliklə bu tədbiri təşkilati baxımdan çox uğurlu şəkildə həyata keçirdiyimizi deyirlər. Təbii ki, qürurlanmamaq mümkün deyil”.

O, Azərbaycanın yarışlarda yeniyetmələrə üstünlük verdiyini bildirib: “Dünya Kubokundan öncə Atıcılıq Federasiyasının rəhbəri general Vaqif Axundov bizlərlə toplantı keçirdi və toplantıda xüsusi göstəriş verdi ki, bu yarışda Azərbaycanı yeniyetmələr, beynəlxalq təcrübəsi olmayanlar təmsil etsin. Əsas məqsəd də onların bu minvalla təcrübə toplaması, digər ölkələrin təcrübələrinə yiyələnməsi və gələcəkdə yetəri qədər ölkəyə uğur gətirmələri üçün şərait yaratmaq idi. Bu yarışda bizə tez-tez sual verilir ki, Azərbaycan niyə hələ medal qazanmayıb? Mən birmənalı olaraq bildirirəm ki, biz Dünya Kubokunda yeniyetmələrə təcrübə qazanmaları üçün şans verdik. Şəxsi müşahidələrimdən sezdiyim odur ki, əgər bizim turnirə çıxardığımız yeniyetmələr məsuliyyətli və səbrli olsalar, onların qarşısında heç bir atıcı tab gətirə bilməz”.


Müəllif:

Oxşar xəbərlər