17 Avqust 2015 22:38
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 3 yaşlı uşağın üzərində “koxlear implantasiya” əməliyyatı aparılıb.

Teleqraf.com-un məlumatına görə, Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz şöbəsinin müdiri, uzman-həkim Yusif Hacıyev və onun komandasının anadangəlmə eşitmə qüsuru olan 3 yaşlı Lətifin üzərində apardığı əməliyyat uğurla nəticələnib.

Yusif Hacıyevin sözlərinə görə, “daxili qulağın protezləşməsi” əməliyyatları anadangəlmə, tam eşitmə qabiliyyəti olmayan uşaqların eşitmə qabiliyyətlərini bərpası məqsədilə aparılır. Bununla əlaqədar klinikada yüksək ixtisaslı həkimlərdən ibarət böyük bir komanda fəaliyyət göstərir və əməliyyatların uğurlu keçməsi bu komandanın yüksək səviyyəli işinin nəticəsidir: “Bizim klinikada bu cür əməliyyatlar mütəmadi olaraq davam edir. Bu əməliyyat nəticəsində əlil statusunda olan uşaqlar sağlam fərd olaraq cəmiyyətə qazandırılır. Əminəm ki, bu uşaqlar gələcəkdə qarşımıza müəllim, mühəndis, həkim və başqa peşələrə yiyələnmiş vətəndaş olaraq çıxacaqlar”.

Yusif Hacıyev bildirib ki, eşitmə qüsuru olan uşaqlarda əməliyyatların 4 yaşa qədər aparılması məsləhətdir. Əvvəllər eşidib-danışan, lakin sonradan bu qabiliyyətini itirən xəstələrə də bu əməliyyatı tətbiq etməyin mümkün olduğu bildirilir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər