18 Avqust 2015 12:59
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mərkəzi Klinik Xəstəxanada xalq artisti, kamança ustası Habil Əliyevin səhhəti ilə bağlı reanimatoloq Səbinə Qasımova mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, Səbinə Qasımova xalq artistinin son durumu ilə bağlı jurnalistlərin suallarını ətraflı cavablandırıb.

O bildirib ki, Habil Əliyevin səhhəti ağır olaraq qalır. “Habil Əliyevin vəziyyəti stabildir, huşu aydındır. Baş verənlərə reaksiya verir və zond vasitəsilə qidalandırılır. Bu gün Türkiyədən dəvət olunmuş həkim Habil Əliyevi müayinə etdi və bildirdi ki, müalicə düzgün istiqamətdə gedir. Bu formada da davam etməlidir”.

Səbinə Qasımova onu da bildirib ki, xalq artistinin müalicəsi ölkə Prezidenti Cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın nəzarətindədir: “Biz vaxtaşırı olaraq onları Habil Əliyevin səhhəti, müalicəsi və sağlıq durumu ilə bağlı məlumatlandırırıq”.

Onun sözlərinə görə, Habil Əliyevin müalicə üçün xarici ölkəyə aparılması məqsəduyğun sayılmayıb. Belə ki, türkiyəli həkim məsləhət görüb ki, Habil Əliyevin müalicəsi Bakıda davam etdirilsin. O qeyd edib ki, Habil Əliyevin süni nəfəs aparatından ayrılması müalicənin gedişi prosesində bəlli olacaq: “Bunun nə zaman baş verəcəyi barədə konkret fikir söyləmək mümkün deyil. Ümid edirik ki, müalicə müsbətə doğru gedəcək və sənətkarımız ayağa qalxacaq”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər