Xalq artisti Habil Əliyevin səhhəti nisbətən yaxşılaşıb.
Bu barədə Teleqraf.com-a açıqlamasında xalq artistinin həyat yoldaşı Şərqiyyə Əliyeva bildirib.
O, qeyd edib ki, Habil Əliyevin səhhətində yaxşılaşma var: “Xəstəxanadan indi gəlmişəm. Habilin yanında xeyli oturduq. Şükür Allaha, səhhətində yaxşılaşma hiss edilir. Gözlərini açdı, danışdı, adamı tanıyır. Düzdü, danışığı qırıq-qırıq idi. Dünən onu süni nəfəs aparatından ayırıblar. Mənim yanımda bir neçə qaşıq sıyıq yedizdirdilər”.
Şərqiyyə Əliyeva onu da qeyd etdi ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xalq artistinə tez-tez baş çəkir: “Hər dəqiqə Habilin səhhəti ilə prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva maraqlanır. Dünən xəstəxanada nümayəndələri olub və Habil müəllimlə görüşüblər”.
Rəqsanə Həsənova