Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, qərara əsasən, bundan sonra Azərbaycan Maliyyə-İqtisad Kolleci, Bakı Texniki Kolleci və Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci bundan sonra hər biri ayrılıqda Azərbaycandakı müxtəlif universitetlərin nəzdində fəaliyyət göstərəcək.
Bununla əlaqədar olaraq, bundan sonra Azərbaycan Maliyyə-İqtisad Kollecinin adı dəyişdirilərək Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci, Bakı Texniki Kollecinin adı dəyişdiriləcək Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin adı isə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci olacaq.