22 Avqust 2015 00:08
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən şəxsi avtomobilimlə paytaxtda hərəkət edərkən bir mənzərə ilə rastlaşdım. Məndən irəlidə hərəkət edən post patrul xidmətinin avtomobili qəfildən hərəkətini dayandırdı. Daha sonra avtomobildən çıxan polis əməkdaşı yolda hərəkət edən digər minik vasitələrinin də hərəkətini durdurdu. Açığı təəccübləndim”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov Facebook səhifəsində yazıb:

“İrəlidə nəyin baş verdiyini anlamaq istədim. Elə bu an yolun mərkəzində dayanmış qoca qadını gördüm. Əlində çantası olan bu qadın avtomobillərin nə üçün dayandığının fərqinə varmadan çox ləng bir tərzdə hərəkətini davam etdirirdi. Polis əməkdaşları ona yaxınlaşanda sanki nəyin baş verdiyini anlamayacaq tərzdə onları süzməyə başladı. Gənc polislərdən biri qadının çantasını götürdü, digəri isə əlindən tutaraq yolu keçməsinə kömək göstərdi. Elə bilirəm ki, o an qısa zaman kəsiyində hərəkətinə ara vermiş sürücülərin hər biri yoldakı fasilənin xoş təəssüratlarını yaşadılar”.


Müəllif:

Oxşar xəbərlər