Dənizdə batan şəxs xilas edilib.
Teleraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Vətəndaş FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Əməliyyat saat 18:20-də başa çatmışdır.