Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Tokioya yola düşüb.
Nazirlər Kabinetindən Teleqraf.com-a verilən məlumata görə, Yaponiyanın xarici işlər naziri Furnio Kişidayanın dəvətinə əsasən avqustun 26-dan 31-dək davam edəcək rəsmi səfərdə məqsəd hər iki ölkə arasında dostluq əlaqələrinin və humanitar sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsindən ibarətdir.